
Obamanın müsəlman olduğu barədə sənədlər ələ keçdi
Dünya ictimaiyyəti günlərcə müzakirə etdi - Barak Obama müsəlmandır, yoxsa yox? Azərbaycan mətbuatında bəlkə ilk dəfədir görəcəyiniz bu sənəd qarşınızdadır. Obamaya aid olan bu sənəddə onun dini "İslam" deyə yazılıb.
İndoneziyaya ziyarətə hazırlaşan "Ağ ev" liderinin bu ölkədəki məktəb sənədləri üzə çıxdı. İndoneziyanın rəsmi sənədlərinə inansaq, Obama kiçik ikən müsəlman idi. Obamanın anası ilə müsəlman olan keniyalı atası evləndikdən sonra prezident doğuldu. Lakin iki ildən sonra onlar boşandılar və anası başqa bir müsəlmana ərə getdi. Ögey atası müsəlman olduğu üçün anasının xristian olmasına rəğmən Obama müsəlman məktəbində oxudu. 8 yaşında məktəbə daxil olan 1961-ci il doğumlu Obama ögey atasının soyadını - "Soetoro" aldı. Onun adı da qısaldılaraq "Barry" oldu. Və bu səbəbdən də o vaxtkı sənədlərdə onun ad və soyadı avtomatik olaraq Barry Soetoro oldu. Onun sənədlərində dini İslam yazıldı. Onu da xatırladaq ki, bu gün Barak Hüseyn Obamanın ad günüdür!
Obamanın müsəlman olub-olmadığını bilmək üçün çox da fikirləşmək lazım deyil. Qadın deyil ki, çətinlik çəkəsən...
Günel Həbib
O.M.