İtaliya ofisiant qızdan danışır

İtaliya ofisiant qızdan danışır

2 Avqust 2011 12:34
678
Bəyəndim (0) Bəyənmədim (0)

1 dəqiqə içərisində necə məşhurlaşmaq olar? Məsələn, Böyük Britaniyanın baş nazirinə və onun xanımına qəhvə verməkdən imtina edərək.

İtaliyanın Toskana şəhərində kafelərdən birinin işçisi olan qız Dumanlı Albionun ən nüfuzlu şəxslərindən birini tanımayaraq belə edib. Ofisiant qız kappuçino istəyən baş nazirə "kafedə özünəxidmət sisteminin olduğunu" deyib. "Xidmət necədirsə, bəxşiş də elə olacaq", - deyən Devid Kameron isə qalıq pulu son qəpiyinədək piştaxtadan götürüb. İndi bütün İtaliya bu ofisiant qızdan danışır. O isə Devid Kameronu bir daha kafeyə dəvət edərək, günahını yuyacağına söz verib.

Daha da məşhur olmaq üçün baş nazirin yeməyinə siçan dərmanı qatmaq olardı...

Günel Həbib

O.M.