Amerika lideri müsəlmanları təbrik etdi

Amerika lideri müsəlmanları təbrik etdi

2 Avqust 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident ay sonunda "Ağ ev"də iftar qonaqlığı verəcək

ABŞ prezidenti Barak Obama Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarını təbrik edib. O, təbrikində müsəlmanlara ən yaxşı arzularını çatdırıb, bu vəsilə ilə Afrikada aclıq qurbanlarına yardım etmənin vacibliyini vurğulayıb. Obama yayımladığı təbrik mesajında Ramazan ayının böyük bir təfəkkür və fədakarlıq dövrü olduğunu bildirib: "Ramazan eyni zamanda vəziyyəti pis olanlara yardım etməyin əhəmiyyətini xatırlatma fürsətidir. Somali və Afrika Buynuzu ərazisində aclığa qarşı yaşamaq mübarizəsi aparan ailələr və onların uşaqları barədə xəbərlər və foto-şəkillər hamımıza insan olduğumuzu və hansısa bir addımı atmalı olduğumuzu xatırladır".

Obama daha qorxulu bir fəlakətin qarşısını almaq üçün xalqların və millətlərin bu istiqamətdə göstərilən səylərə dəstək verərək birlikdə hərəkət etmək vaxtının gəldiyini deyib: "Belə hadisələr İslam dini də olmaqla bütün böyük inancların "Özünüz üçün istəmədiyinizi başqalarına da arzulamayın" - prinsipini xatırladır".
Bütün dünya müsəlmanlarına əmin-amanlıq dolu Ramazan arzuladığını deyən Barak Obama keçən il olduğu kimi bu il də Ramazan ayının axırında Ağ evdə veriləcək iftar ziyafətində iştirak edəcəyini deyib.

Barak Obamanın təbriki ən çox mənim kimi quru maaşa qulluq edənlərə aiddir. Çünki biz il boyu oruc tuturuq...

Günel Həbib

O.M.