Nemtsovun qızı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib

Nemtsovun qızı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib

27 Avqust 2015 15:05
235

Rusiyada qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, vəkil Vadim Proxorov bildirib ki, Janna Nemtsova atasının ölümü ilə bağlı cinayət işinin hakimiyyət orqanları tərəfindən qeyri-effektiv şəkildə araşdırıldığını düşünür.
J. Nemtsova hesab edir ki, istintaq cinayətdə əli ola biləcək Çeçenistanın yüksək çinli məmurlarının şəxsiyyətinin müəyyənləşdirilməsi və təhqiqata cəlb edilməsi istiqamətində iş görməyib.

Daha əvvəl J. Nemtsov Rusiya İstintaq Komitəsinin Çeçenistan prezidenti Ramzan Kadırovu atasının ölümü ilə bağlı təhqiqata cəlb etməkdən imtina etməsi ilə əlaqədar məhkəməyə şikayət etmişdi. R. Kadırov isə Boris Nemtsovun ölümü ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Boris Nemtsov bu lin fevralın 28-də Moskvanın mərkəzində güllələnib. Cinayət faktı ilə əlaqədar 5 nəfər saxlanılıb.

Mediainfo.az