Türkiyədə fövqəladə vəziyyət elan edildi

Türkiyədə fövqəladə vəziyyət elan edildi

18 Avqust 2015 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Ağrı və Tendürek dağlarında baş verən terror hücumları ilə əlaqədar bölgədə müvəqqəti fövqəladə vəziyyət elan edilib.

"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Ağrı vilayətinin valiliyindən verilən yazılı açıqlamada deyilir.

Müvəqqəti fövqəladə vəziyyətin tətbiqi barədə qərar 19 avqustdan etibarən 15 gün müddətində qüvvədə olacaq. Bildirilir ki, qərarın verilməsində məqsəd təhlükəsizlik güclərinin sərbəst hərəkətini və vətəndaşların təhlükəsizliyini təmin etmək, mümkün təhdid və təhlükələri aradan qaldırmaqdır.

Mediainfo.az