Etibar Məmmədovun seçkilərdə iştirakı bəlli deyil

Etibar Məmmədovun seçkilərdə iştirakı bəlli deyil

18 Avqust 2015 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul etməyib.

Bunu AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib. Onun sözlərinə görə, partiya seçkilərdə iştirak edəcək: "AMİP funksionerləri seçkilərə qatılacaqlar. Etibar Məmmədovun seçkilərdə iştirak edib-etməməsinə yalnız özü aydılıq gətirə bilər. Bu barədə onun özü qərar verməlidir".

Qeyd edək ki, E.Məmmədov sonuncu dəfə 2005-ci ildə Yasamal rayonu 16 saylı seçki dairəsindən namizəd olub. (teleqraf)

Mediainfo.az