Suriyada yaradılacaq “bufer zona”ya kürd hərbçilər buraxılmayacaq

Suriyada yaradılacaq “bufer zona”ya kürd hərbçilər buraxılmayacaq

5 Avqust 2015 15:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Türkiyə Suriyanın şimalında İŞİD-dən təmizlənərək qurulması planlaşdırılan təhlükəsiz bölgədən kürd hərbçilərinin keçidinə icazə verməyəcək.

Apa-ın "Wall Street Journal" nəşrinə istinadən verdiyi xəbərə görə, bölgənin əhalisinin əksəriyyəti ərəb və türkməndir. Rəsmi Ankara kürd döyüşçülərin bu ərazilərə daxil olaraq yerli sakinləri qovmasından narahatdır.

Məlumata görə, ABŞ rəsmiləri bufer zonada təhlükəsizliyin təmin edilməsinə Kürd Müdafiə Birləşmələrini (YPG) buraxmayacağına dair söz verib. Bununla yanaşı, Birləşmiş Ştatlar hökuməti zəruri hallarda bu məsələnin yenidən gündəmə gətirilməsinin də vacib olduğunu qeyd edib.

Nəşr ABŞ-ın keçən ildən başlayaraq, Suriyada İŞİD-ə qarşı döyüşən YPG-yə dəstək olaraq aviazərbələr endirdiyini xatırladıb.

ABŞ-da fəaliyyət göstərən "Müharibələrin Araşdırılması İnstitutu" Suriyada vətəndaş müharibəsi başlayandan sonra YPG-nin nəzarət etdiyi ərazinin sahəsi böyüyüb. Qəzetdə yer alan məlumata görə, Tel Abadın İŞİD-in əlindən alınması ilə ilk dəfə 3 kürd bölgəsi fiziki olaraq birləşdirilib.

Türkiyə hökuməti isə YPG-nin PKK ilə müqayisədə daha praqmatik olduğunu bildirib. Bununla yanaşı, YPG-yə "qırmızı xətti" keçməməsi barədə xəbərdarlıq da edilib.

Mediainfo.az