DİN müxalifəti problemli adlandırdı

DİN müxalifəti problemli adlandırdı

9 Aprel 2011 21:50
977
Bəyəndim (0) Bəyənmədim (0)
Müxalifət isə mitinqə hazırlaşır


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi saytının "məlumatlar" bölməsində bu gün qəribə başlıqlı yazı gözümüzə sataşdı. Başlıq eynilə belə idi:

"Problem cəmiyyətimizdə deyil, cənab "bəy"lər, sizin xislətinizdədir..."


Bizə elə gəldi ki, bu, hər hansı bir satirik məqalənin başlığıdır. Lakin oxuduqdan sonra gördük ki, yazı müxalifətə ünvanlanan sosial mesajdır. O müxalifətə ki, dəfələrlə kütlələri etiraz aksiyalarına çağırsa da, əhali onların səsinə səs verməyib.


Bilirik ki, İctimai Palatanın nümayəndələri nazirliyin çağırış xarakterli məlumatını oxumayacaqlar. Oxusalar da, başa düşməyəcəklər və ya düşmək istəməyəcəklər.


Fikirləşdik, bəlkə rəsmilərin nə demək istədiyini biz müxalifətə çatdıraq?..


Onlar müxalifətə başa salmaq istəyirlər ki, mitinqlər üçün cəmiyyətdə sosial sifariş olmalıdır. İstər 20 ölkənin səfiri gəlsin, istər gurultulu bəyanatlar verilsin, istərsə də mitinqlər üçün gün təyin edilsin, bu, vaxt itkisindən başqa bir şey deyil.


Müəllifdən: Azərbaycan həm coğrafi anlamda, həm də ümumbəşəri dəyərlər baxımından Avropa ölkəsi sayılır, Yaxın Şərq ölkəsi yox.


Natiq Qocaman