Azərbaycandan Ukraynaya nota

Azərbaycandan Ukraynaya nota

8 İyul 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib. Buna səbəb Ukraynanın "İmage" nəşrində Azərbaycanla bağlı qərəzli məqalənin işıq üzü görməsidir. Bu haqda APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov bildirib. Notada qeyd olunur ki, Ukrayna jurnalında çap edilmiş yazı Azərbaycanın tarixinə və ərazi bütövlüyünə qarşı yönəlmiş böhtan xarakteri daşıyır, bu cür yazıların dərc edilməsi yolverilməzdir. E. Poluxovun sözlərinə görə, eyni zamanda Ukraynadakı Azərbaycan səfirliyinə bu məsələni araşdırmaq və Ukrayna tərəfi ilə müzakirə etmək tapşırılıb. Qeyd edək ki, jurnalın xüsusi buraxılışında Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən materiallar dərc edilib.

Qərəzli məqaləyə qərəzsiz nota.

Tofiq Əliyev

O.M.