Barak Obama övladlığa veriləcəkdi

Barak Obama övladlığa veriləcəkdi

8 İyul 2011 15:11
Bəyəndim (0) Bəyənmədim (0)
Üzə çıxarılan arxiv sənədi dünyanı şoka saldı!!!

Amerika prezidenti Barak Obamanın sən demə, doğulmadan öncə övladlıq verilməsi planlaşdırılırdı. İlk dəfə ictimaiyyətə açıqlanan arxiv sənədlərinə görə, Obamanın atası o doğulmamışdan öncə iki arvadlı olduğu üçün miqrasiya şöbəsi tərəfindən təhqiq edilirdi. "Deyli Teleqraf "dakı xəbərə görə, ata Obama 1961-ci ildə miqrasiya işçiləri ilə görüşdə ilk arvadından Kenyada boşandığını, hazırkı arvadı Ann Dunhamın isə 5 aylıq hamilə olduğunu söyləyib. O, dünyaya gələcək olan uşaqlarını da övladlıq vermək istədiklərini açıqlayıb. Daha sonra Honolulu miqrasiya şöbəsindən olan Lile Dahlinq hesabat yazdı: "Evli olsalar da, birlikdə yaşamırlar. Xanım Dunham uşağı vermək üçün indidən hazırlıqlara başlayıb". Qeyd edək ki, bu yazışma "Prezident Obamanın atasının hərəkətli həyatı" adlı kitabın müəllifi Salli Cakobs tərəfindən qanuni yolla əldə olunub. Kitab isə gələn həftədən etibarən satışda olacaq. "Ağ ev"in keçmiş mətbuat katibi Robert Qibs müəllifə Barak Obamanın bütün bunlardan xəbəri olmadığını və anasının onu övladlıq vermək kimi istəyi olmadığına inandığını açıqlayıb.

Məndə elə bir bəxt var ki, Barak Obama bizim ailəyə övladlığa verilsəydi, mən prezident bacısı olmazdım, o müxbir qardaşı olardı...

Günel Həbib

O.M.