Əfqanıstana əlavə hərbi birləşmə göndərilib

Əfqanıstana əlavə hərbi birləşmə göndərilib

8 İyul 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Niderland krallığı Əfqanıstana Qunduz əyalətində əfqan polislərinə təlim keçmək üçün 160 nəfərdən ibarət əlavə hərbi birləşmə göndərib. Bu barədə ölkənin müdafiə naziri Hans Hillen məlumat verib. Niderland NATO-ya Əfqanıstanda 1600 nəfərlik hərbi birləşmə saxlamağa söz versə də, ölkə rəsmilərinin fikrincə, krallıq 2014-cü ilədək döyüş bölgəsinə 545 nəfər göndərə biləcək. Səbəb isə hökumətin hərbi missiyanın genişləndirilməsi proqramını təsdiq edə bilməməsidir. Qeyd edək ki, indiyədək Əfqanıstanda 24 holland əsgəri həlak olub.

Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu dönməz üzü vardır.

Tofiq Əliyev

O.M.