Obamadan ABŞ tarixində bir ilk

Obamadan ABŞ tarixində bir ilk

7 İyul 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
Lider "Twitter"də xalqın suallarına canlı cavab verdi

"Youtube","Facebook", "Twitter" kimi sosial şəbəkələrdə səhifəsi olan ilk Amerika lideri Barak Obama virtual dünyanın tarixində də bir ilkə imza atıb. O, 140 dəvətlinin qatıldığı tədbirdə 18 "Twitter"çinin suallarını cavablandırıb. Onun yanında şəbəkənin qurucularından olan Cek Dorsey də var idi. Təxminən 1 saatlıq sual-cavabda ona yönələn sualların əksəriyyəti Amerikanın iqtisadiyyatı ilə bağlı olub. Borc, mübahisələr, NATO, tələbə borcları kimi mövzuların önə çıxması gözdən qaçmayıb. Məkana 140 qonağın dəvət edilməsi isə "Twitter" mesajlarının 140 xarakterə izn verməsi ilə əlaqələndirilir.

Obama yəqin ölkənin problemlərini də bu sosial şəbəkələr vasitəsilə həll edəcək.

Günel Həbib

O.M.