Seyfüllislam Qəddafi: "Atamsız əsla!"

Seyfüllislam Qəddafi: "Atamsız əsla!"

5 İyul 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
NATO, yoxsa Qəddafi?

Fransanın " Le Monde" qəzetinə müsahibə verən Müəmmar Qəddafinin oğlu Seyfüllislam Qəddafi atasının içində olmayacağı bir sülh planının mümkün olmadığını bildirdi. Müxaliflərin müharibədə məğlub olacağını bildirən Seyfüllislam, ""NATO əməliyyata zəif hazırlanıb, Liviya qiyamçılarının isə yetərli silah-sursatı yoxdur, əhval-ruhiyyələri isə minimum səviyyədədir", - dedi.

Xatırladaq ki, NATO qüvvələri dünən Zuara limanı və sahil yolundakı nəzarət məntəqələrini hədəf alıb. Hadisə zamanı ölənlər və yaralananlar var.

Soçidə çıxış edən NATO-nun baş katibi A.Rasmussen və Rusiya Xarici İşlər naziri S.Lavrov NATO ilə bu ölkə arasındakı strateji ortaqlığın qarşısındakı ən böyük əngəlin ABŞ-ın Liviya siyasəti və Avropa ilə qeyri-səmimi münasibəti olduğunu bildiriblər.

ABŞ bütün ölkələrə qarşı səmimidir. Yəni hər birinə səmimiyyətlə bildirir ki, bütün sərvətin mənim olmalıdır...

Günel Həbib

O.M.