Broşu taxdı, indi isə tacın yolunu gözləyir

Broşu taxdı, indi isə tacın yolunu gözləyir

3 İyul 2011 11:55
650
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə vəliəhdi şahzadə Uilyam və həyat yoldaşı Keyt Midleton Kanadanın azadlığının 144-cü il dönümündə iştirak etdilər. Bu zaman xanımın aksessuarları diqqət çəkdi. Ziyafətə Kanada bayrağının qırmızı-bəyaz rəngli paltarı ilə qatılan Keyt ölkənin simvolu olan ağacla bəzədilmiş papaq taxdı. Onun üzərindəki ən diqqət çəkici aksessuarı isə broşu idi. O, gündüz və gecə geyindiyi iki fərqli paltarının yaxasına kraliça II Yelizavetanın ona hədiyyə etdiyi broşu taxmışdı. Hansı ki, bu yarpaq şəkilli brilyant broşdan hazırkı kraliça 1951-ci ildə Kanadaya səfəri zamanı istifadə etmişdi.

Bizim broşlar isə çox vaxt "tolkuçka"dan olur...

Günel Həbib

O.M.