Şahzadə ailəsi ilk dəfə birlikdə Kanadaya uçdu

Şahzadə ailəsi ilk dəfə birlikdə Kanadaya uçdu

1 İyul 2011 11:40
982
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı Keyt ilk xarici səyahətlərinə start verdilər. Cütlük dünən İngiltərə hava limanından Kanadanın Ottava şəhərinə uçdu. 13 il öncə atası və qardaşı ilə Kanadaya gedən Uilyam bu dəfə bu torpaqlara Keytlə ayaq basdı. İngiltərə şahzadəsini kanadalıların necə qarşılayacağı maraq doğururdu, vəziyyət gözlənildiyi kimi də oldu. Cütlüyü yerli xalq gül-çiçəklə qarşıladı. Ərazisinə görə dünyanın ikinci ən böyük ölkəsi olan Kanadada 9 günlük turla Uilyam hər iki millətin münasibətlərinə aydınlıq gətirməyi planlaşdırır.

Lakin cütlüyü pis sürpriz də gözləyirdi. Çünki onların gəlişinə narazı olan bir qrup monarxiyalılar mitinq keçirtməyi qərara almışdılar. Ancaq hələ ki, bölgədən çaxnaşma barədə heç bir məlumat verilməyib. Digər tərəfdən, tanınmışları təqib edən 14 min jurnalist də onların fəaliyyətinə maneçilik törədirdi. Xatırladaq ki, Uilyam-Keyt cütlüyünü özəl bərbərləri və mətbuat katibi Devid Manninq müşayiət edir.

Şahlar, şahzadələr kefdədir, biz isə yayın istisində oturub işləyirik...

Günel Həbib

O.M.