Fransa etiraf etdi

Fransa etiraf etdi

30 İyun 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Liviya qiyamçılarını Fransa silahlandırırmış

Fransa Silahlı Qüvvələrinin baş qərargahı ölkənin Hərbi Hava Qüvvələrinin Liviya qiyamçılarına silah vermələri ilə bağlı yaranmış söz-söhbəti təsdiqləyib. Bəzi məlumatlara görə, Fransa Hərbi Hava Qüvvələri paraşütlə Nafusa dağında hələ may ayında xüsusi hazırlanmış meydançalara hərbi texnika atır. Göndərilən yükün içində qumbaraatan, tank əleyhinə raketlər, pulemyot və avtomatlar da var. Fransa baş qərargahı isə iyunun əvvəlində Nafusa dağındakı rayonda humanitar vəziyyətin gərginləşdiyini və bu səbəbdən də Fransa Hərbi Hava Qüvvələrinin oraya içərisində qida, su və tibbi ləvazimatlar olan yük tulladıqlarını bildirib. Qərargah nümayəndəsi həmçinin yaranmış vəziyyətlə əlaqədar yerli əhalini özlərini müdafiə etmələri üçün sadalananlarla yanaşı Nafusaya silah və döyüş sursatı da atdıqlarını etiraf edib. Qərargah nümayəndəsinin sözlərinə görə, Nafusaya atılan silahların dinc məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur və həmin silahlar əsasən tüfəngdən ibarətdir.

Fransa alovu söndürməkdənsə benzin tökürmüş.

Tofiq Əliyev

O.M.