Türkiyənin yeni parlamenti qalmaqalla işə başladı

Türkiyənin yeni parlamenti qalmaqalla işə başladı

28 İyun 2011 19:23
Bəyəndim (0) Bəyənmədim (0)
Deputatlar andiçmə mərasimindən imtina etdilər

Türkiyə Böyük Millət Məclisinin yeni tərkibdə ilk iclası qalmaqalla başladı. Belə ki, ana müxalifət partiyası CHP və kürdyönümlü BDP andiçmə mərasimində iştirak etməkdən imtina etdilər. CHP-nin lideri Kemal Kılıçdaroğlu bu qərarını iclasdan bir saat əvvəl açıqlamışdı. O, 12 iyun seçkiləri zamanı deputat mandatı qazanmış və hal-hazırda məhbusluq həyatını yaşayan Mustafa Balbayın və Mehmet Haberalın hələ də azadlığa buraxılmamaqlarına etirazını bildirərək dedi: "Biz özümüz üçün heç bir imtiyaz istəmirik. Andiçmədə o vaxtadək iştirak etməyəcəyik ki, həmkarlarımızın bu addımı atmalarına imkan yaradılsın."

Türkiyə qanunvericiliyinə görə, parlamentin 5 və daha artıq faizi andiçmədə iştirak etməkdən imtina edərsə, təkrar seçkilər təşkil olunmalıdır.

Xatırladaq ki, seçkilər zamanı CHP 550 mandatdan 135-ni qazanmışdı.

Türkiyə iqtidarını üçüncü dəfədir heç kimlə paylaşmayan AKP demokratiya məfhumuna yeniliklər gətirib.

Hafiz Əhmədov

O.M.