Qazaxıstan hökuməti tam tərkibdə istefa verdi

Qazaxıstan hökuməti tam tərkibdə istefa verdi

8 Aprel 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

РИА Новости xəbər agentliyinin verdiyi məlumata görə, Qazaxıstan hökuməti tam heyətlə istefaya gedib. Buna səbəb 3 aprel tarixində ölkədə keçirilən növbədənkənar prezident seçkiləri olub. Xatırladaq ki, həmin seçkidə mövcud prezident Nursultan Nazarbayev növbəti müddətə prezidentlik postunu özündə saxlaya bildi.

Cümə günü hökumət rəhbəri Nazirlər Kabinetində bu xəbəri kabinet üzvlərinə çatdırdı. 2007-ci ildən baş nazir vəzifəsində çalışan Kərim Məsimov həmkarlarına təşəkkürünü bildirərək dedi: "Biz bacardığımızı elədik. Qoy kim daha yaxşısını eləyə bilirsə eləsin".

Ölkə konstitusiyasına görə, prezidentin andiçmə mərasimindən sonra kabinet üzvləri öz fəaliyyətlərini bitirmiş sayılırlar.

Nazarbayev yaxın günlərdə parlamentdə çoxluqda olan "Nur Otan" (Nurlu Vətən) fraksiyasının üzvləri ilə birlikdə yeni kabinetin tərkibini müzakirə edəcək.

O.M.