"Obamanın limuzinindən zəng edirəm"

"Obamanın limuzinindən zəng edirəm"

28 İyun 2011 13:42
Bəyəndim (0) Bəyənmədim (0)
Obama əkizlərlə avtomobilə mindi

Amerika lideri Barak Obamanın iki uşaqla birlikdə limuzininə oturuşu lentə alındı. "Ağ ev"in rəsmi saytına yerləşdirilən bu görüntülər izlənmə rekordları qırır. 34 saniyəlik görüntü prezidentin "Obama günlüyü" adından istifadə edən köməkçiləri tərəfindən lentə alınıb. Bu görüntülərdə qaradərili prezident limuzinindəki əkiz uşaqlardan birinə avtomobilin telefonunu verərək, "Kimə zəng etmək istəyirsən?" - deyə soruşur. O da anasına zəng edir, ancaq heç bir cavab ala bilmir. Prezident, "Mesaj qoy", - deyincə, o da, "Salam, ana. Mən sənə prezidentin avtomobilindən zəng edirəm. Bura superdir", - deyir. Sonradan dəstəyi Obamaya verir.

Başqalarını tanıya bilən savadlı, özünü tanıya bilən isə ağıllıdır...

Günel Həbib

O.M.