Dünya liderləri "Müəmmar Qəddafi getsin!" - deyir

Dünya liderləri "Müəmmar Qəddafi getsin!" - deyir

28 İyun 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)
Beynəlxalq Məhkəmə onun və oğlunun tutulmasına qərar verdi

Liviya əməliyyatının 100-cü günündə NATO təyyarələri Trablusu bombalayarkən Beynəlxalq Məhkəmə Qəddafi və oğlu üçün həbs qərarı verdi. Hollandiyanın Lahey şəhərində aparılan məhkəmə iclasında Qəddafi, oğlu Seyfülislam və kəşfiyyat təşkilatının müdiri Abdullah Əl Senusi üçün "insanlığa qarşı cinayət törətmək" iddiası ilə beynəlxalq axtarış və həbs cəzası kəsildi. Hakim Sanji Monaqenq Qəddafi dövründə minlərlə insanın öldüyünü gözlər önünə faktlarla sərdikdən sonra onun tez bir zamanda tutulmasının vacib olduğunu bildirdi. Tutulma əmri müxaliflərin qalası olan Benqazidə sevinclə qarşılandı. NATO baş katibi Ander Foq Rasmussen, "Bu əmr Qəddafi rejiminin tək qaldığını göstərir. Onun meydanı getdiksə daralır", - dedi. Fransa prezidenti Müəmmar Qəddafiyə yenidən "hakimiyyəti tərk et" - dedi. İngiltərənin Xarici İşlər naziri Uilyam H. "Qəddafi dərhal getməlidir", - deyə söylədi. Liviya isə öz növbəsində Beynəlxalq Məhkəmənin bu qərarı ilə barışmadığını və onu qəbul etmədiyini açıqladı.

Qəddafinin insanları öldürməkdə nə qədər günahı varsa, koalisiya qüvvələrinin bir o qədər var. Ədalət və məhkəmə ilahəsi Femida kor olduğu üçün bunu görmür...

Günel Həbib

O.M.