Fransada daha dəhşətli terror aktları hazırlanıb

Fransada daha dəhşətli terror aktları hazırlanıb

9 Yanvar 2015 14:37
391
Bəyəndim (0) Bəyənmədim (0)

Livan kəşfiyyatı bir sıra islamçı qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib. Apa-nın xəbərinə görə, bu barədə Livanda nəşr olunan "Əs-Səfir" qəzeti məlumat yayıb. "Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar "Charlie Hebdo" jurnalına qarşı törədilən terrordan daha amansız olsun", - deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib.

Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.

Mediainfo.az