Rusiya Belarusdan gələn yükü qəbul etməyib

Rusiya Belarusdan gələn yükü qəbul etməyib

5 Yanvar 2015 14:08
263
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Polşa və Moldova almaları ilə dolu yük maşınları geri Belarusa qaytarıb.

Apa-nın "Rosselxoznadzor"un saytına istinadən verdiyi məlumata görə, 190 ton alma daşıyan avtomobillər Bryansk və Smolensk vilayətlərindən geri qaytarılıb.

"Rosselxoznadzor" nümayəndələrinin bildirdiyinə görə, yük maşınlarının geri qaytarılmasına səbəb tranzit qaydalarının pozulması ilə yanaşı Belarusda verilmiş sənədlərin düzgün tərtib olunmaması ilə bağlıdır.

Müvafiq sənədlərin olmaması səbəbindən həmçinin Serbiyadan Rusiyaya gətirilən 19,5 ton alma geri qaytarılıb.

Mediainfo.az