Girov götürülən azərbaycanlılara “hokm” oxunub

Girov götürülən azərbaycanlılara “hokm” oxunub

29 Dekabr 2014 17:50
Bəyəndim (0) Bəyənmədim (0)
Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib

İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz "məhkəmə" bu gün başa çatıb. Apa-nın "news.am" saytına istinadən yaydığı xəbərə görə, separatçı rejimin "birinci instansiya məhkəməsi" dekabrın 19-da keçirilən prosesdə "prokuror" Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib.

D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma "məhkəmə" prosesi oktyabrın 27-də başlayıb.

Mediainfo.az