İŞİD terrorçuları əsir pilotu diri-diri yandırmaq istəyirlər

İŞİD terrorçuları əsir pilotu diri-diri yandırmaq istəyirlər

26 Dekabr 2014 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terror təşkilatı əsir götürdüyü pilotu diri-diri yandırmaq istəyir. Terrorçular Suriyanın Rakka şəhərində əsir düşən iordaniyalı pilot baş leytenant Muat Safi əl-Kasiyeşbinin başını kəsmək əvəzinə onu yandırmaq istədiklərini bildiriblər.

APA TV-nin xəbərinə görə, İŞİD üzvləri İordaniya Hava Qüvvələrinə aid F-16 hərbi təyyarəsinin pilotu 26 yaşlı əl- Kasiyeşbinin ABŞ rəhbərliyi ilə hava hücumlarına qoşulduğu üçün daha ağır cəzaya layiq olduğunu düşünürlər. Pilot üçün məsləhət görülən ikinci edam forması isə 15 hücuma qatıldığının qarşılığında ayağından başına kimi 15 dəfə vurulmasıdır.

Bəzi İŞİD-çilər isə pilotun əvəzində İordaniyanın 15 milyon dollar ödəməsi, ölkə həbsxanalarında olan İŞİD üzvləri və tərəfdarlarının buraxılması və İŞİD-ə qarşı beynəlxalq koalisiyadan dərhal ayrılmasını istəyir. Tələb yerinə yetirilməsə, qeyd olunan ən ağır cəzalardan biri tətbiq ediləcək.

İordaniya rəhbərliyi isə təhdidlərə baxmayaraq, ölkənin koalisiyanın tərkibində qalacağını bəyan edib. Ölkənin mətbuat naziri Məhəmməd Moamani dövlət televiziyasına açıqlamasında "ABŞ rəhbərliyi ilə həyata keçirilən əməliyyatlara qoşulanda əsirlər, şəhidlər kimi itkilərimizin olacağını bilirdik, terrora qarşı mübarizəni davam etdirəcəyik" deyə bildirib.

Pilotun qardaşı Cavid İŞİD terrorçularından onun bağışlanmasını istəyib. O bildirib ki, qardaşı hər zaman yanında "Quran" gəzdirib.

Mediainfo.az