Antonov: “NATO Ukraynanı Rusiya ilə qarşıdurmaya sürükləyir”

Antonov: “NATO Ukraynanı Rusiya ilə qarşıdurmaya sürükləyir”

24 Dekabr 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynanın neytral ölkə statusunun ləğvi ilə bağlı qərarın qəbuluna görə NATO-nu ittiham edib.

Apa-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, Kiyevi bu cür qərarı verməyə alyans ölkələri sövq edib.

"Onlar Ukraynanı Rusiya ilə qarşıdurmaya sürükləməyə çalışırlar. Ukrayna parlamentinin bu qərarı onsuz da çətin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək", - deyə o vurğulayıb.

Mediainfo.az