Yaponiyanın eks baş naziri yenidən baş nazir oldu

Yaponiyanın eks baş naziri yenidən baş nazir oldu

24 Dekabr 2014 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, parlamentin aşağı palatasında keçirilən səsvermədə hazırkı baş nazir S. Abe 475 millət vəkilindən 328-nin səsini qazanaraq ikinci müddətə hökumətə rəhbərlik etmək hüququ qazanıb. O, bu gün yeni kabinet üzvlərinin adlarını açıqlayacaq. Yeni kabinetdə yalnız müdafiə nazirinin dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, Sindzo Abe 2012-ci ildən Yaponiya hökumətinə rəhbərlik edir.

Mediainfo.az