Con Heffern: “Vacib siyasi qərarları prezidentlər verməlidir"

Con Heffern: “Vacib siyasi qərarları prezidentlər verməlidir"

19 Dekabr 2014 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yollar tapmağa çalışır". Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu səlahiyyət müddəti başa çatan ABŞ-ın Ermənistandakı səfiri Con Heffern yekun mətbuat konfransında deyib.

Vasitəçilərin əsas məqsədinin tərəfləri müzakirə üçün bir masaya gətirməkdən ibarət olduğunu qeyd edən diplomat vacib siyasi qərarların prezidentlər səviyyəsində verilməli olduğunu söyləyib: "İkitərəfli əməkdaşlıq üçün başqa formatlar da var. Həmsədrlər də prezidentlər səviyyəsində təmasları gücləndirəcək bu formatları tapmağa çalışır".

Mediainfo.az