ABŞ İsrail-Fələstin məsələsinə qarışmaqdan imtina etdi

ABŞ İsrail-Fələstin məsələsinə qarışmaqdan imtina etdi

19 Dekabr 2014 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu, bizim dəstəkləyəcəyimiz bir sənəd deyil".

ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin sözçüsü Cen Psaki gündəlik brifinqdə Fələstinlə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim olunan qətnamə layihəsi barədə sualı cavablandırarkən deyib.

"Qətnaməni gördük, bu, bizim dəstəkləyəcəyimiz bir şey deyil", - deyə Psaki söyləyib. O, hazırda tərəflərlə müzakirələrin aparılmasına yönəldiklərini, dialoqda irəliləyişin əldə olunmasına çalışdıqlarını qeyd edib.

Xatırladaq ki, İordaniya tərəfindən BMT TŞ-yə təqdim olunan qətnamə layihəsində 2017-ci ilin sonuna qədər İsrail qoşunlarının mərhələli şəkildə Fələstin torpaqlarından çıxması, 4 iyun 1967-ci ilə qədərki sərhədlər çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması və İsraillə sülhün əldə olunması nəzərdə tutulur.

Mediainfo.az