Putin: “Qərb rus ayısını zəncirləmək istəyir”

Putin: “Qərb rus ayısını zəncirləmək istəyir”

18 Dekabr 2014 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Vladimir Putin Rusiyanı Qərbin zəncirləmək istədiyi ayıya bənzədib. Apa-nın xəbərinə görə, mətbuat konfransında Qərbin siyasətini tənqid edən V. Putin bildirib ki, Rusiya hər məsələdə və atdığı hər addımda problemlər, ona qarşı mübarizə və opponentliklə qarşılaşır: "Mən Valday klubunda çıxışımda bizim ən çox tanınan simvolumuz olan və tayqanı qoruyan ayıdan bir misal çəkmişdim. Mən hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun, tayqada qabanları qovalamasın, bunun əvəzində giləmeyvə, bal yesin, bəlkə belə olsa, onu rahat buraxarlar. Yox, rahat buraxmazlar. Hər zaman onu zəncirləməyə çalışacaqlar və buna nail olan kimi, onun dişlərini və dırnaqlarını sökəcəklər".

Mediainfo.az