Prezident: "Ukraynanın vahid siyasi məkanının bərpası mümkündür"

Prezident: "Ukraynanın vahid siyasi məkanının bərpası mümkündür"

18 Dekabr 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Moskvada ənənəvi mətbuat konfransı keçirir.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, 1250 jurnalistin iştirak etdiyi brifinqdə V. Putin ölkədəki iqtisasi vəziyyətdən danışıb.

Rusiya prezidenti maliyyə bazarında yaranmış duruma toxunaraq son günlərdə müşahidə olunan proseslərə xarici amillərin təsir göstərdiyini bildirib. V. Putin qeyd edib ki, Rusiya iqtisadiyyatının diversifikasiyaya ehtiyacı var.

O, maliyyə-iqtisadi böhranın növbəti 2 il ərzində davam edəcəyini istisna etməyib.

Rusiya Mərkəzi Bankının atdığı addımların adekvat olduğunu deyən V. Putin qeyd edib ki, ölkədəki iqtisadi durum təkcə bu addımlardan asılı deyil.

"Nikbinliyim onunla bağlıdır ki, iqtisadiyyatımız enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasına uyğunlaşacaq. Bütövlükdə iqtisadiyyatın strukturlaşması baş verəcək. Bu, qaçılmazdır".

Ukraynalı jurnalist Roman Tsımbalyukun "Ukraynada neçə nəfər rusiyalı hərbçi döyüşür? Orada ölənlərin ailəsinə nə deyəcəksiniz?" sualına isə V. Putin Ukraynanın şərqində könüllü silahlıların döyüşdüyünü bildirib. "Onlar könüllü döyüşürlər. Orada cəza əməliyyatını biz yox, Kiyev hakimiyyəti keçirir. Vaxtilə Kiyevdə dövlət çevrilişi baş verib. Ölkənin bir hissəsi baş verənlərlə razılaşmadı və Kiyev onlara qarşı qoşun göndərdi. İndi isə məsələni iqtisadi blokada vasitəsi ilə həll etməyə çalışırlar. Bu, ziyanlı və perspektivsiz bir yoldur. Biz Kiyevlə ölkənin şərq hissəsi arasındakı siyasi dialoqda vasitəçi olmağa hazırıq".

Rusiya prezidenti həmçinin qeyd edib ki, Ukraynanın vahid siyasi məkanının bərpası mümkündür.

Mediainfo.az