Fələstinin dövlətçiliyini dəstəkləyən qətnamə qəbul edilib

Fələstinin dövlətçiliyini dəstəkləyən qətnamə qəbul edilib

17 Dekabr 2014 17:36
387
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamenti Fələstinin dövlətçiliyini dəstəkləyən qətnamə qəbul edib. Apa-nın xəbərinə görə, səsvermə zamanı qətnamənin lehinə 498, əleyhinə 88 nəfər səs verib.

111 deputat isə bitərəf qalıb.

Sosial-demokratlarla Yaşıllar Partiyasının sol qanadı Avropa İttifaqına üzv 28 ölkəni Fələstini dövlət kimi tanımağa çağırıblar.

Parlamentin ən böyük qrupu olan Avropa Xalq Partiyası ilə Avropanın Demokratlar və Liberallar Alyansı isə Fələstinin tanınmasının İsraillə razılaşmanın bir hissəsi kimi mümkün ola biləcəyini bəyan edib.

Mediainfo.az