Gürcüstanlı qız  Ukrayna daxili işlər nazirinin 1-ci müavini təyin olunub - FOTO

Gürcüstanlı qız Ukrayna daxili işlər nazirinin 1-ci müavini təyin olunub - FOTO

17 Dekabr 2014 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanlı Yekaterina (Eka) Zquladze Ukrayna daxili işlər nazirinin birinci müavini təyin olunub.

Apa –nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, qərar Ukrayna NK-nin bu gün keçirilən iclasında qəbul edilib. Y. Zquladze bu vəzifəni qəbul etməsinin avantüra deyil, şüurlu seçim olduğunu bildirib. O, DİN sistemində aparılacaq islahatlara rəhbərlik edəcək.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko Y. Zquladzeyə Ukrayna vətəndaşlığının verilməsi haqda fərman imzalayıb və ona Ukrayna pasportu təqdim edib.

Y. Zquladze 1978-ci ildə Tbilisidə doğulub. ABŞ-ın Oklahoma Universitetinin kollecində hüquq təhsili alıb. 2004-2005-ci və 2006-2012-ci illərdə Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 2012-ci il sentyabrın 19-dan oktyabrın 25-nə qədər nazir vəzifəsini icra edib. İlk nikahı boşanma ilə nəticələnib. Hazırda tanınmış fransalı publisist-yazar Andre Qlüksmanın oğlu Rafael Qlüksman ilə evlidir, bir oğlu var.

Mediainfo.az