Diyarbəkirdə toqquşmalarda 17 yaşlı gənc ölüb

Diyarbəkirdə toqquşmalarda 17 yaşlı gənc ölüb

17 Dekabr 2014 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə kürd nümayişçilərlə polis əməkdaşları arasında baş vermiş atışma zamanı 17 yaşlı gənc ölüb. Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə Diyarbəkir şəhərində baş verib.

Vilayət valisinin mətbuat xidmətindən birdiriblər ki, icazəsiz nümayişdə iştirak edən şəxslər odlu silahdan polisə atəş açıblar. Buna cavab olaraq polis müvafiq tədbirlər görüb, nəticədə nümayişçilərdən biri ağır yaralanıb. Sonra həmin şəxs xəstəxanada ölüb.

Hazırda insidentlə bağlı araşdırma aparılır. Həmçinin bildirilir ki, toqquşma zamanı polis əməkdaşlarından biri yaralanıb.

Türkiyənin "Hürriyət" qəzetinin yazdığına görə, polisə hücum edənlər PKK üzvləri olub.

Mediainfo.az