HAMAS terrorçu təşkilat siyahısından çıxarılıb

HAMAS terrorçu təşkilat siyahısından çıxarılıb

17 Dekabr 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Ədalət Məhkəməsi (Avropa İttifaqının məhkəmə orqanı) Fələstinin Qəzza sektorunda hakimiyyətdə olan HAMAS təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarıb. Apa -nın xəbərinə görə, bu barədə Avropa Ədalət Məhkəməsinin rəsmi saytında bildirilib.

Qeyd edək ki, HAMAS Aİ, İsrail, Kanada, ABŞ və Yaponiyada terror təşkilatlarının siyahısına daxil edilib. Avstraliya və Böyük Britaniya isə HAMAS-ın yalnız hərbi qanadını qınayıb. Ərəb ölkəsi İordaniyada bu təşkilatın fəaliyyəti qadağan edilib.

Mediainfo.az