Seyran Ohanyan Azərbaycan ərazilərindədir

Seyran Ohanyan Azərbaycan ərazilərindədir

16 Dekabr 2014 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Müdafiə naziri Seyran Ohanyan işğal altında olan Azərbaycan ərazilərinə gəlib.

Apa-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ohanyan Dağlıq Qarabağdakı silahlı separatçı qrupların komandanlığı ilə qoşunların təmas xəttində olub.

Ermənistanın müdafiə naziri ön xətdəki dayaq məntəqələrində olub, xidmət şəraiti, mühəndis işləri ilə tanış olub.

S. Ohanyanın Qarabağa Ermənistandan avtomobil vasitəsi ilə gəlməsi diqqət çəkib.

Qeyd edək ki, noyabrın 12-də işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlər keçirən Ermənistan Ordusuna məxsus bir Mi-24 zərbə helikopteri Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulub.

Mediainfo.az