Baş nazir: "Türkiyə heç vaxt Avropa İttifaqının üzvü olmayacaq"

Baş nazir: "Türkiyə heç vaxt Avropa İttifaqının üzvü olmayacaq"

15 Dekabr 2014 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə heç vaxt Avropa İttifaqının üzvü olmayacaq".

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş naziri Dmitri Medvedev "Nezavisimaya Qazeta"da dərc olunan məqaləsində bildirib.

Ukraynanın Avropaya istiqamət almasını tənqid edən D. Medvedev bu ölkənin yaxın gələcəkdə Avropa İttifqına qəbulunun mümkünsüz olduğunu söyləyib: "Ukrayna nə vaxt Avropa İttifaqına üzv olacaq? Türkiyədən sonra. Bəs Türkiyə nə vaxt Avropa İttifaqına üzv olacaq? Heç vaxt".

D. Medvedev qeyd edib ki, Brüssel Ukraynanı bərabərhüquqlu tərəfdaş kimi masa arxasına dəvət etməyə tələsmir: "Ukrayna üçün kənarda oturmaq üçün bir stul qoyulmayıb".

Türkiyənin Avropa İttifaqı ilə 51 il bundan öncə üzvlük haqqında müqaviləni imzaladığını xatırladan D. Medvedev Ankaranın hələ də gözlədiyini vurğulayıb: "Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Avropa İttifaqı ilə əməkdaşlıq haqqında müqaviləni imzalamağa məcbur ediləndə, Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq üçtərəfli danışıqların keçirilməsini təklif etdiyini bildirsə də, bu təklif qəbul edilmədi. Əgər bu gerçəkləşsəydi, o zaman bir çox faciələr yaşanmazdı, Ukraynada vətəndaş müharibəsi başlamazdı".
Ukrayna iqtisadiyyatının Rusiya sayəsində canlandığını deyən D. Medvedev bildirib ki, heç kim Kiyevə yardım əlini uzatmayacaq: "Kiyev 1990-cı illərə geri qayıtmaq istəyir. Ölkə borcları üzündən iflasın bir addımlığındadır. Başa çatmaqda olan 2014-cü il Ukrayna tarixinə bir faciə kimi yazılır".

Mediainfo.az