Bu il dünyada 128 jurnalist öldürülüb

Bu il dünyada 128 jurnalist öldürülüb

15 Dekabr 2014 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il dünyanın 32 ölkəsində 128 jurnalist öldürülüb.

Apa-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT -nin məşvərətçi təşkilat statusuna malik "Press Emblem Campaign" adlı qurumun hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, xüsusilə Suriya, İraq, Fələstin, Pakistan və Ukraynadakı münaqişə və silahlı toqquşmalar nəticəsində xeyli sayda jurnalist həlak olub.

Bu il jurnalistlərin ən çox öldürüldüyü ərazilər siyahısında ilk yeri 16 jurnalist qətli ilə Qəzza bölgəsi tutur. Suriyada 13, Pakistanda 12, İraqda isə 10 jurnalist öldürülüb. Ukraynada isə 9 jurnalist öldürülüb ki, onlardan 4-ü Rusiya vətəndaşıdır.

Sonrakı yerlərdə Meksika (8), Əfqanıstan (6), Honduras (5), Somali (5), Braziliya (4) və Mərkəzi Afrika Respublikası (4) qərarlaşıb. Həmçinin məlum olub ki, 2014-cü ildə

Kamboca, Qvineya, Paraqvay və Filippinin kimi ölkələrin hər birində 3 jurnalist, Panama, Banqladeş, Kolumbilya, Türkiyə, Liviya, Peru və Yəməndə isə 2 jurnalist qətlə yetirilib.

Jurnalist qətli qeydə alınmış ölkələr arasında Myanma, Demokratik Konqo Respublikası, Dominikan Respublikası, Misir, Nigeriya, Panama, Rusiya, Salvador və Səudiyyə Ərəbistanı Krallığı da yer alır.

Xatırladaq ki, ötən il dünyada 129 jurnalist öldürülüb.

Mediainfo.az