Medvedyev: “Ukraynadan Rusiyaya işləməyə gələnlər üzərində nəzarət sərtləşdiriləcək”.

Medvedyev: “Ukraynadan Rusiyaya işləməyə gələnlər üzərində nəzarət sərtləşdiriləcək”.

15 Dekabr 2014 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın Baş naziri Dmitri Medvedev deyib ki, 2015-ci il yanvarın 1-dən etibarən Rusiyaya işləmək üçün gələn xarici vətəndaşların əksəriyyətini təşkil edən Ukrayna vətəndaşları əmək patenti olmadan işləyə bilməyəcəklər: "Altı ay ərzində onların ölkəmizdə 90 gündən çox qalmamalarına ciddi nəzarət ediləcək. Əvvəllər 3 ay Rusiya ərazisində qalıb, daha sonra ölkədən çıxıb, yenidən qayıdıb problemsiz işləmək olurdu. Bundan sonra belə olmayacaq. Sərhədçilərimiz Ukraynadan patentsiz işləmək üçün gələn "səyahətçilərə" xüsusi diqqətlə yanaşacaqlar".

Hökumət başçısı bildirib ki, bu, Rusiyada işləyən ukraynalıların ölkələrinə pul köçürmələrinə böyük ziyan vuracaq. O qeyd edib ki, bu gün Rusiyada iş icazəsi olan 400 min Ukrayna vətəndaşı yaşayır. D. Medvedevin sözlərinə görə, ukraynalıların Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul ola bilməməsindən Ukrayna iqtisadiyyatı ildə 11-13 milyard dollar itirəcək.

Mediainfo.az