Yaponiyada Şinzo Abenin rəhbərlik etdiyi partiya qalib gəlib

Yaponiyada Şinzo Abenin rəhbərlik etdiyi partiya qalib gəlib

15 Dekabr 2014 10:20
364
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada parlament seçkiləri keçirilib. Dekabrın 14-də baş tutmuş seçkilərdə seçicilərin 52,36 faizinin iştirak etdiyi bildirilir.
Səsvermənin yekununda tərkibinə Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiyanın (LDP) və Komey Partiyasının daxil olduğu hakim koalisiya qalib gəlib.
Səsvermənin nəticələrinə görə, LDP 290 yer, Komey Partiyası isə 35 yer qazanıb. Cəmi 73 deputat mandatı qazanan Demokratik Partiya ciddi məğlubiyyətə uğrayıb. Yaponiya Kommunist Partiyası isə 21 mandat qazanıb. Bülletenlərin sayılması prosesi Yaponiyanın bütün televiziya kanalları və "Seçkilər-2014" xüsusi onlayn-kanalı vasitəsilə canlı yayımlanıb.
Baş nazir Şinzo Abe bildirib ki, hakim koalisiya əvvəlki siyasi və iqtisadi xəttə sadiq qalacaq.

Mediainfo.az