Lavrov: "Ukraynada sülhün bərqərar olunması üçün fürsət yaranıb"

Lavrov: "Ukraynada sülhün bərqərar olunması üçün fürsət yaranıb"

12 Dekabr 2014 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Ukraynada sülhün bərqərar olunması üçün fürsət yaranıb. Çətinliklə də olsa, atəşkəs elan olunub".

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov A.M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu proqramının iştirakçıları ilə görüşündə deyib.

Rusiya XİN başçısı bildirib ki, Moskva Ukraynanın cənub-şərqindəki münaqişənin tənzimlənməsi ilə məşğul olan Minsk təmas qrupunun fəaliyyətinin bərpa olunmasının tərəfdarıdır: "Bizim üçün Ukrayna rəhbərliyi ilə Donetsk və Luqansk respublikaları nümayəndələrinin görüşünü təşkil etmək üçün bir yol tapmaq vacibdir".

Mediainfo.az