Erməni ailəsi ölkəsinə qaytarılıb

Erməni ailəsi ölkəsinə qaytarılıb

12 Dekabr 2014 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda saxlanılan erməni ailəsi ölkəsinə qaytarılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, hamısı bir ailənin üzvü olan 5 Ermənistan vətəndaşı bu gün Qazax rayonu istiqamətində qarşı tərəfə təhvil verilib. Proses BQXK-nin vasitəçiliyi ilə baş tutub.

Qeyd edək ki, Ermənistan vətəndaşı olan 5 mülki şəxs - Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçiblər.

Mediainfo.az