Nalbandyan Türkiyəni növbəti dəfə düşmən adlandırıb

Nalbandyan Türkiyəni növbəti dəfə düşmən adlandırıb

12 Dekabr 2014 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır deyil".

News.Am-ın verdiyi məlumata görə, bunu Ermənistanın XİN başçısı Edvard Nalbandyan mətbuat konfransında bildirib.

O, türkiyəli həmkarı Mövlud Çavuşoğlunun bəzi şərtlər daxilində Ermənistanın regional layihələrə cəlb olunmasının mümkünlüyü barədə açıqlamasını şərh edərkən rəsmi Ankaranın ünvanına sərt ittihamlar səsləndirib.

"Diplomatik əlaqələr qurmadan, Ermənistanla sərhədləri bağlı saxlayan, soyqırımı inkar siyasəti yürüdən və ümumiyyətlə, Ermənistana və erməni xalqına aid məsələlərdə düşməncəsinə davranan ölkə ilə əməkdaşlıq etmək olarmı? Nə zaman ki, Türkiyə öz üzərinə düşən vəzifələri yerinə yetirər, onda əməkdaşlıq münasibətləri barədə danışa bilərik", - deyə E.Nalbandyan əlavə edib.

Mediainfo.az