Kəlbəcərli girovların "məhkəmə"si təxirə salınıb

Kəlbəcərli girovların "məhkəmə"si təxirə salınıb

12 Dekabr 2014 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan hərbçiləri tərəfindən girov götürülmüşi Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilən saxta "məhkəmə"nin növbəti iclası təxirə salınıb. Apa-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, Ş. Quliyevin "vəkili" Arkadi İsraelyan səhhətində yaranmış problemlə əlaqədar prosesdə iştirak etmədiyi üçün növbəti "məhkəmə" iclası dekabrın 19-na təyin olunub.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

D. Əsgərov və Ş. Quliyev üzərində qondarma "məhkəmə" prosesi oktyabrın 27-də başlayıb.

Mediainfo.az