Mədət Quliyev: "Leyla Yunus özünü tərbiyəsiz aparıb”

Mədət Quliyev: "Leyla Yunus özünü tərbiyəsiz aparıb”

12 Dekabr 2014 13:48
474
Bəyəndim (0) Bəyənmədim (0)

"Sülh və Demokratiya İnstitutunun həbsdə olan sədri Leyla Yunus istintaq təcridxanasında hamı ilə birgə qaydalara uyğun olaraq saxlanılır. Bəzi dağıdıcı mətbuat orqanları isə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Gülünc məsələlər irəli sürülür ki, guya ona yemək vermirlər. Bu deyilənlər hamısı yalandır".

Bu sözlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə məxsusdur. O, Leyla Yunusun saxlanılma şəraitindən narazılıq olması, ona qarşı təzyiqlərin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xidmət rəisi bildirib ki, bir sıra QHT-in nümayəndələri birgə L. Yunusun səhhəti ilə maraqlanıblar: "QHT nümayəndələri Leyla Yunus saxlanılan təcridxanada olublar. Onun səhhətində heç bir problemin olmadığını görüblər. Leyla Yunus hətta həkimləri təhqir edib, onlara ağır sözlər deyib, özünü tərbiyəsiz aparıb".

Mədət Quliyev deyib ki, həbsdə olan jurnalist Xədicə İsmayıl da eyni qayda ilə saxlanılır: "O, da təqsirləndirilən şəxsdir həmin qayda ilə ona da diqqət var. Amma görürsünüz ki, o da deyir ki, saxlanma şəraiti normaldır. Ona qarşı da heç bir təzyiq yoxdur. Ümumiyyətlə, mənim yanıma gələn bəzi xarici QHT nümayəndələri suallar verirlər ki, necə olur ki, dalbadal guya siyasətlə məşğul olan şəxslər tutulur. Bunun da cavabı çox asandır. Leyla Yunusa qarşı Rauf Mirqədirovun Ermənistana getməsi ilə bağlı cinayət işi qaldırılıb, bunlar hamısı cinayət işində adları keçən adamlardır. Təbii ki, bunların da hamısı saxlanılmalıdır".

Mediainfo.az