Erməni deputat hücuma məruz qalıb
Ermənistanda müxalifətçi deputat, Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyana hücum edilib.
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, hadisə deputatın evinin yaxınlığında baş verib. Naməlum şəxs A. Manukyana zərbə endirib. Hadisə yerinə polis əməkdaşları gedib. Deputatın vəziyyəti normaldır. Olayın səbəbi araşdırılır.
Mediainfo.az
Digər xəbərlər