Ötən ay cihadçılar tərəfindən 5042 nəfər qətlə yetirilib

Ötən ay cihadçılar tərəfindən 5042 nəfər qətlə yetirilib

11 Dekabr 2014 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin noyabr ayında dünyada cihadçılar tərəfindən 5042 nəfər qətlə yetirilib. Apa-nın "The Guardian"a istinadən verdiyi məlumata görə, bu barədə BBC World Service və Londondakı Kral Kollecinin birgə araşdırmasında deyilir.

Hesabatda qeyd olunur ki, ən çox insanı "İslam dövləti" terrorçu qruplaşmasının tərəfdarları öldürüblər. Onların hücumları nəticəsində 2206 nəfər həlak olub. Siyahıda "İslam dövləti"ndən sonra "Boko Haram" və "Taliban" gəlir. Bu qruplaşmaların hesabında müvafiq olaraq 801 və 720 qətlə yetirilmiş insan var.

Bildirilir ki, ən çox insan İraqda qətlə yetirilib (1770). Ardınca Nigeriya (786) və Suriya (693) gəlir. Cihadçılar daha çox dinc sakinləri (2079), hərbçiləri, polisləri və məmurları (1952) hədəf seçiblər.

Ölənlər arasında xeyli cihadçı da var (935).

Mediainfo.az