Fərrux Məmmədov : “Qafqaz oyunu bitir: Bakı qalib ola bilər”

Fərrux Məmmədov : “Qafqaz oyunu bitir: Bakı qalib ola bilər”

11 Dekabr 2014 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Rusiya geriləmə dövrü yaşayarkən rəsmi Bakı yüksəlmə dövrünə keçə bilər"

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın payının çox olduğunu bildirib:

"Avropa üçün enerji məsələsi çox həssasdır. Rusiya illərcə Avropanı enerji adı ilə bu və ya digər formada şantaj edib. Hər dəfə yeni siyasi bir müstəviyə keçid başlayanda Rusiya o dəqiqə enerji məsələlərini ortaya ataraq ya prosesi ləngitməyə çalışır, ya da, ümumiyyətlə, prosesin durmasına səbəb olur. Lakin bu gün siyasi durum fərqlidir. Avropa enerji təhlükəsizliyində Azərbaycanın və Xəzərin siyasi payı böyükdür. Bu gün Rusiya geriləmə dövrü yaşayarkən rəsmi Bakı yüksəlmə dövrünə keçə bilər. Artıq Rusiya qazı və nefti o qədər də prioritet sayılmır. Lakin Türkiyənin son siyasi gedişləri rəsmi Bakının yüksəlməsini gecikdirə və hətta durdura bilər. Əgər layihə gerçəkləşərsə, o zaman illər sonra yaranmış tarixi şans əldən gedə bilər. Bəs bu tarixi şans nədir? Rusiyanın zəiflədiyi bir dönəmdə Azərbaycanın bu blokadadan çıxmasıdır şans. Blokadadan çıxarsa, rəsmi Bakı iki böyük yükdən qurtulacaq. Onlardan biri Rusiya siyasi basqılarını minimuma endirməsidir. Digər tərəfdən isə yeni siyasi yüksəliş dövrü yaşayan Bakı ilə Moskva bəzi məsələlərdə anlaşmalı olacaq. Əgər zaman və prosesləri düzgün qiymətləndirə bilsək, bu siyasi oyunun sonunda qalib Bakı ola bilər".

Mediainfo.az