Almaniya İŞİD-ə qarşı 100 əsgər göndərəcək

Almaniya İŞİD-ə qarşı 100 əsgər göndərəcək

11 Dekabr 2014 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya hökuməti İraqa İraq Şam İslam Dövləti terror təşkilatına qarşı mübarizə üçün daha 100 əsgər göndərəcək.

Dekabrın 17-də göndərilməsi nəzərdə tutulan əsgərlər İŞİD-ə qarşı döyüşən kürd qüvvələrinə təlimlər keçəcək.

Yayılan məlumatlara görə, bu barədə qərar Almaniya müdafiə naziri Urcul fon der Lyayen, daxili işlər naziri Tomas de Mezyer, ədliyyə naziri Hayko Мааса və xarici işlər naziri Frank-Valter Ştaynmayerin müzakirələri zamanı qəbul olunub.

Mediainfo.az