Aleksandr Novak: “Yaxınlarda Türkiyə ilə danışıqlara başlamaq niyyətindəyik”

Aleksandr Novak: “Yaxınlarda Türkiyə ilə danışıqlara başlamaq niyyətindəyik”

10 Dekabr 2014 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya yaxın zamanlarda qaz boru xətti layihəsi ilə bağlı Türkiyə ilə danışıqlara başlamağı planlaşdırır. Apa-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Biz danışıqları dekabr ayında keçirməyi planlaşdırırıq. Hazırda danışıqlar şirkətlər səviyyəsində aparılır", - deyə o bildirib.

A. Novak boru xəttinin çəkilməsi üçün marşrutun müəyyənləşdirilməsi ilə bağlı iki ölkə arasında müzakirələrin aparıldığını da əlavə edib.

Mediainfo.az