Elmira Süleymanova: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılacağına ümid edirəm”

Elmira Süleymanova: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılacağına ümid edirəm”

10 Dekabr 2014 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Əsir və girovlarla bağlı biz həmişə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşkilatına müraciət etmişik. Bu təşkilat onlarla əlaqə saxlayır, ünsiyyətdə olur və onların azad olunması üçün tövsiyələr verir".

Apa-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova Kəlbəcərdə girov götürülən azərbaycanlıların - Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılacağına ümid etdiyini bildirib: "Biz tövsiyə etdik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi orqanlarına dövlət tərəfindən də müraciət olunsun. Hər halda, ümidliyik ki, girovlarımız qayıdacaq".

İnsan hüquqları ilə bağlı vəziyyətdə də toxunan E Süleymanova qeyd edib ki, insan hüquqlarının pozulması hər bir ölkədə mövcuddur: "Müxtəlif sahələrdə insan hüquqlarının pozulması müşahidə olunur. Əsas etibarilə bunlar bəzi dövlət qurumları, bəzi vəzifəli şəxslər tərəfindən baş verir və Ombusdmanın vəzifəsidir ki, bunları aşkarlasın. Mən iki ildən çox vaxt keçmədən hansı tip hüquq pozuntularını müşahidə etdiyim barədə Milli Məclisdə məruzə edirəm və hansı tədbirlərin həyata keçirildiyini qeyd edirəm".

Mediainfo.az